Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Yaşar Allahqulu oğlu Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
Tvit.az APA-ya istinadla xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Y.Əməşova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Y.Əməşov bu təyinata qədər Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsini icra edirdi.