Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) rəhbərinin müvafiq əmri ilə Günel Mustafayeva Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini, Xəyal Poladov isə Gəncə Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Tvit.az xəbər verir ki, bu barədə EATDA məlumat yayıb.
Bildirilib ki, Günel Mustafayeva ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında tarix ixtisası üzrə alıb.