Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial "General Motors" 270 mindən çox avtomobili geri çağırır
sosial

"General Motors" 270 mindən çox avtomobili geri çağırır

09-04-2026 08:00 25 Просмотров
IMG

"Chevrolet", "Buick", GMC və "Cadillac" brendlərinin sahibi olan ABŞ-nin "General Motors" (GM) korporasiyası arxa görüntü kamerasındakı nasazlıq səbəbindən ölkə üzrə 271 700 nəqliyyat vasitəsini geri çağıracaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Reuters" nəşri ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) hesabatına istinadən xəbər yayıb.

 

Məlumata görə, geriçağırma, əsasən, "Chevrolet Malibu" sedanlarını əhatə edəcək. Avtomobillərin konkret buraxılış illəri hələlik qeyd olunmur. Tənzimləyici qurumun bildirdiyinə görə, nasazlıq arxa görüntü kamerasından gələn təsvirin monitorda əks olunmaması və ya təhriflə ötürülməsi ilə bağlıdır. Bu isə manevr zamanı qəza riskini artıran amil kimi qiymətləndirilir.

 

GM dilerləri geri çağırılan avtomobillərdə ödənişsiz diaqnostika aparacaq və nasaz olan kameraları yeniləri ilə əvəz edəcəklər. Şirkət yaxın vaxtlarda avtomobil sahiblərinə rəsmi bildirişlərin göndərilməsinə başlayacaq.