ABŞ İstanbulda Ukraynadakı münaqişənin həlli üçün danışıqların təşkili ilə bağlı müzakirələr aparmaq üçün Türkiyəyə müraciət etməyib.
Tvit.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi Türkiyə hökumətindəki diplomatik mənbəyə istinadən xəbər verir.
“Bu məqamda Amerika tərəfi İstanbulda danışıqlar prosesinin təşkili ilə bağlı heç bir konkret təşəbbüs və ya siqnal irəli sürməyib”,- deyə agentlik yazır.
Elmin Alışov