ABŞ Pakistanda keçiriləcək İranla bağlı danışıqlarda iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyəti göndərir.
Tvit.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü bildirib ki, ABŞ-ın vitse-prezidenti JD Vance, həmçinin Donald Trampın yüksək vəzifəli müşavirləri Cared Kuşner və Stiv Vitkoff Pakistanın paytaxtı İslamabadda keçiriləcək danışıqlarda iştirak edəcəklər.
Məlumata görə, danışıqların ilk mərhələsi yerli vaxtla şənbə günü səhər baş tutacaq. Ağ Ev rəsmisi qeyd edib ki, tərəflər bu görüşləri səbirsizliklə gözləyir.
Aysel Şirinova