Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ Apple-ın qatlanan iPhone planı ilə bağlı yeni DETALLAR
ДРУГОЕ

Apple-ın qatlanan iPhone planı ilə bağlı yeni DETALLAR

08-04-2026 21:00 16 Просмотров
IMG

Apple şirkətinin uzun müddətdir gözlənilən qatlanan iPhone modeli ilə bağlı yeni məlumatlar yayılıb.

 

Tvit.az xəbər verir ki, son iddialara əsasən, şirkət ilk qatlanan cihazını iPhone 18 Pro ilə eyni tədbirdə – sentyabr təqdimatında nümayiş etdirə bilər. Bununla belə, layihə ətrafında hələ də müəyyən qeyri-müəyyənliklər qalmaqdadır.

 

Məlumatlara görə, Apple qatlanan telefon bazarına daxil olmağa hazırlaşır və bu addım şirkətin ənənəvi təqdimat strategiyasına uyğun şəkildə planlaşdırılır. Yeni modelin iPhone 18 seriyası ilə birlikdə təqdim olunması ehtimal edilir.

 

Bununla yanaşı, texnoloji çətinliklər prosesi uzada bilər. Xüsusilə qatlanan ekranların davamlılığı və uzunömürlülüyü Apple üçün prioritet hesab olunur. Bu səbəbdən bəzi mənbələr cihazın bazara çıxışının 2027-ci ilə qədər gecikə biləcəyini istisna etmir.

 

Aysel Şirinova