Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ BYD 100 min işçini ixtisar etdi: Elektrikli avtomobil bazarında yeni mərhələ başlayır
ДРУГОЕ

BYD 100 min işçini ixtisar etdi: Elektrikli avtomobil bazarında yeni mərhələ başlayır

08-04-2026 21:00 17 Просмотров
IMG

Çinin aparıcı elektrikli avtomobil istehsalçılarından olan BYD 2025-ci ildə işçi sayını əhəmiyyətli dərəcədə azaldıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin işçi qüvvəsi 870 min nəfərə düşüb. Bu, təxminən 100 min nəfərlik və ya 10%-lik azalma deməkdir.

 

Məlumata görə, BYD bu ixtisarları tələbin zəifləməsi ilə deyil, restrukturizasiya, səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması tədbirləri ilə izah edib.

 

Şirkət bildirir ki, elektrikli avtomobil bazarında rəqabətin yeni mərhələsində əsas diqqət artıq istehsalın effektivliyinə yönəlib.

 

Aysel Şirinova