Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Əfqanıstanda daşqınlar: Yüzlərlə ölən və yaralanan var
dünya

Əfqanıstanda daşqınlar: Yüzlərlə ölən və yaralanan var

08-04-2026 16:00 10 Просмотров
IMG

Əfqanıstanda güclü yağışlar nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri ciddi dağıntılara səbəb olub. 


Tvit.az Əfqanıstan Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsinə istinadən məlumat verir ki, iki həftə davam edən fəlakət nəticəsində 110 nəfər ölüb, 190 nəfər yaralanıb.


Yerli ərazilərdə ciddi ziyan dəyib: 5363 ev tamamilə və ya qismən dağılıb, təxminən 357 km yol yuyulub və ya zədələnib, 6000 hektara yaxın kənd təsərrüfatı sahəsi su altında qalıb və çoxsaylı mal-qara tələf olub.


Hakimiyyət orqanları zərər çəkmiş bölgələrə təcili yardım göndərib və sakinləri daşqınlara meylli ərazilərdən, çay sahillərindən uzaq durmağa çağırıb.


Elmin Alışov