Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrail ordusu: İranda sualtı aşkarlama sistemləri istehsal olunan əsas obyekt vurulub
dünya

İsrail ordusu: İranda sualtı aşkarlama sistemləri istehsal olunan əsas obyekt vurulub

07-04-2026 23:00 14 Просмотров
IMG

İranın sualtı aşkarlama sistemlərinin istehsal olunduğu “ən əsas obyektlərdən biri”nin hava zərbəsi ilə vurulduğu bildirilib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən zərbə nəticəsində Shiraz şəhərində yerləşən və İran Müdafiə Nazirliyinə məxsus olduğu iddia edilən obyekt hədəfə alınıb.

 

Məlumata görə, bu obyekt səs dalğaları ilə işləyən sonar sistemlərinin planlaşdırılması, tədqiqi, inkişafı və istehsalı üçün istifadə olunurdu. 

 

Sözügedən sistemlər sualtı qayıqların, gəmilərin, dalğıcların və sualtı raketlərin aşkarlanmasında tətbiq edilir.

 

İsrail ordusu qeyd edib ki, zərbə nəticəsində İranın dənizdə aşkarlama və müdafiə imkanlarına, həmçinin sualtı qayıqların və dəniz elektron sistemlərinin istehsal və saxlanma qabiliyyətinə ciddi zərər dəyib.

 

Bundan əlavə, ordunun məlumatına görə, eyni gün Karaj şəhərində yerləşən və dəniz qanadlı raketləri ilə hava hücumundan müdafiə sistemlərinin istehsal olunduğu “mərkəzi obyekt” də vurulub.

 

Aysel Şirinova