İsrailin İran dəmir yollarına hücum təhdidindən sonra İsfahan qubernatorluğu bölgədəki dəmir yolu körpüsünün hədəfə alındığını və itkilərin olduğunu açıqladı.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
“Qum şəhərinin xaricində və əyalətin qərb hissəsində yerləşən şəhərin rabitə xətlərindəki körpülərdən birinə Amerika-sionist düşmən raketləri hücum edib”,- məlumatda deyilir.
Hücumla bağlı ətraflı məlumat verilməyib.
Elmin Alışov