Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Santos"dan Neymar üçün xüsusi strategiya: Ulduz futbolçu mundiala hazırlaşır
СПОРТ

"Santos"dan Neymar üçün xüsusi strategiya: Ulduz futbolçu mundiala hazırlaşır

07-04-2026 14:00 28 Просмотров
IMG

"Santos" klubu qarşıdan gələn dünya çempionatı ərəfəsində əsas ulduz oyunçusu Neymarı pik formaya çatdırmaq üçün xüsusi və genişmiqyaslı strategiya hazırlayıb.

 

Tvit.az "Globo" nəşrinə istinadən xəbər verir ki, futbol komandası mundial start götürənə qədər daha 14 görüşdə qüvvəsini sınayacaq. Klub rəhbərliyinin planına əsasən, təcrübəli hücumçu bu matçların 13-də yaşıl meydanda mübarizə aparacaq.

 

Bu prosesdə ulduz futbolçunun fiziki durumu daim ciddi nəzarət altında saxlanılacaq. Plana əsasən, yeganə istisna gələn çərşənbə günü Cənubi Amerika Kuboku çərçivəsində "Deportivo Kuenka"ya qarşı keçiriləcək matç olacaq və o, bu görüşdə iştirak etməyəcək. Digər qarşılaşmalarda isə hücumçunun vəziyyəti fərdi qaydada analiz ediləcək, həlledici və vacib oyunlara xüsusi önəm veriləcək.

 

Mənbənin yaydığı məlumata görə, Neymar hazırda gündə iki dəfə olmaqla yüksək intensivlikli məşqlər həyata keçirir. Tanınmış futbolçunun əsas hədəfi milli komandanın dünya çempionatına yollanacaq yekun heyətində özünə yer etməkdir.