Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran artıq ABŞ infrastrukturuna hücumlarda təmkinli olmayacaq - İİKK
dünya

İran artıq ABŞ infrastrukturuna hücumlarda təmkinli olmayacaq - İİKK

07-04-2026 14:00 22 Просмотров
IMG

ABŞ və İsrailin İslam Respublikasının enerji infrastrukturuna hücumlarından sonra İran Silahlı Qüvvələri Yaxın Şərqdə Amerika infrastrukturuna qarşı cavab zərbələri endirməkdə artıq təmkinli olmayacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat verib.

 

İranın dövlət televiziyası bəyanatın bir hissəsini sitat gətirib:

 

"ABŞ-ın regional müttəfiqləri də bilməlidirlər ki, bu günə qədər mehriban qonşuluq prinsiplərinə əsaslanaraq xeyli təmkin nümayiş etdirmişik və cavab hədəflərinin seçilməsində müəyyən məhdudiyyətləri nəzərə almışıq, lakin bundan sonra bütün bu məhdudiyyətlər aradan qaldırılıb".

 

İİKK vurğulayıb ki, onlar Amerika enerji obyektlərinə elə bir düzəlməz ziyan vuracaqlar ki, "ABŞ və tərəfdaşları uzun illər Yaxın Şərqdə qaz və neftə çıxışını itirəcəklər". 

 

Aysel Şirinova