Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Lənkəranda məşhur restoranda mənşəyi məlum olmayan alkoqollu içkilər AŞKARLANDI
sosial

Lənkəranda məşhur restoranda mənşəyi məlum olmayan alkoqollu içkilər AŞKARLANDI

07-04-2026 13:00 29 Просмотров
IMG

Lənkəran şəhəri, Füzuli küçəsində fəaliyyət göstərən, Əli Hacıağa oğlu Ağayevə məxsus "Ağ Saray" şadlıq evində yoxlama keçirib.

 

Bu barədə Tvit.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

 

Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qeydiyyatdan keçməmiş istehsalçı tərəfindən istehsal olunan və etiket məlumatlarına dair tələbləri pozulmuş "Organic Ultra" əmtəə nişanlı alkoqollu içkilərin toy şənliyində istifadə olunmasının qarşısı alınıb.

 

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Məhsulların istifadəsı məhdudlaşdırılıb, araşdırmalar davam etdirilir.