İranın Səudiyyə Ərəbistanının Əl-Cübeyl şəhərinə raket zərbəsi endirdiyi bildirilib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Məlumata görə, raketlərin düşməsi şəhərdə yerləşən sənaye obyektlərinin yaxınlığında güclü yanğına səbəb olub.
Qeyd edək ki, Əl-Cübeyl Yaxın Şərqin ən böyük sənaye mərkəzlərindən biri hesab olunur. Şəhər Səudiyyə Ərəbistanının əsas neft-kimya və enerji müəssisələrinə ev sahibliyi edir və ölkənin strateji iqtisadi infrastrukturunun mühüm hissəsini təşkil edir.
Elmin Alışov