Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakıda yaşayış evi çökdü - Xəsarət alan var (VİDEO)
turizm

Bakıda yaşayış evi çökdü - Xəsarət alan var (VİDEO)

07-04-2026 09:00 50 Просмотров
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Tvit.az"a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.