Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiyalı dermatoloq erkən qırışlara səbəb olan qulluq səhvlərini açıqlayıb
dünya

Rusiyalı dermatoloq erkən qırışlara səbəb olan qulluq səhvlərini açıqlayıb

07-04-2026 09:00 80 Просмотров
IMG

Qırışların erkən yaranması daha çox genetika ilə deyil, gündəlik vərdişlər və dəriyə qulluq zamanı edilən səhvlərlə bağlı olur.

 

Tvit.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, dermatoloq Yuliya Qallyamova danışıb.

 

“Erkən qocalmanın əksər səbəblərini nəzarətdə saxlamaq mümkündür. İnsanların etdikləri əsas səhvlərdən biri günəşdən qoruyucu vasitələrin istifadə edilməməsidir. Bir çox insan SPF-i yalnız yayda istifadə edir, halbuki ultrabənövşəyi şüalar il boyu dəriyə təsir edir və onun elastikliyinə cavabdeh olan kollageni məhv edir. Yetərli nəmləndirmənin olmaması da dərinin qocalmasını sürətləndirir. Müntəzəm qulluq olmadıqda dəri daha tez nəmini itirir, elastikliyini azaldır və qırışların yaranmasına daha meyilli olur. Bundan əlavə, pilinq və skrablardan həddindən artıq istifadə də geniş yayılıb; bu isə dərinin qoruyucu baryerini pozur və nəmin itirilməsinə səbəb olur", - deyə o, bildirib.

 

Mütəxəssisin sözlərinə görə, səhvlər çox vaxt dərinin təmizlənməsi mərhələsində də edilir. Bir çoxları makiyajın silinməsi ilə üz yumanı ayırmır, nəticədə dəridə quruluq və qıcıqlanmaya səbəb olan çirklər qalır. Spirt tərkibi yüksək olan vasitələrdən istifadə də dərinin qoruyucu qatını zədələyərək onun vəziyyətinə mənfi təsir göstərir. Bundan əlavə, dermatoloq həddindən artıq çox qulluq vasitəsindən istifadə nəticəsində dərinin yüklənməsi riskinə də diqqət çəkib.

 

“Hər sağlam dərinin əsası sadədir: müntəzəm təmizləmə, kifayət qədər nəmləndirmə və hər gün günəşdən qorunma. Qalan hər şey fərdi şəkildə və mümkün qədər mütəxəssisin iştirakı ilə seçilməlidir. Məhz bu sadə, lakin sistemli addımlar dərinin cavan qalmasına və qırışların yaranmasının ləngiməsinə kömək edir”, — deyə həkim yekunlaşdırıb.

 

Aysel Şirinova,

Tvit.az