Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu
sosial

Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu

07-04-2026 09:00 29 Просмотров
IMG

Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.

 

Tvit.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

 

Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.

 

Xatırladaq ki, aprelin 4-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.