Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı
turizm

Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

06-04-2026 17:00 16 Просмотров
IMG

Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Tvit.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.

 

Şübhəli şəxsin yaşadığı evdə aparılan baxış zamanı bir ədəd "Kalaşnikov" markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.