Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran ABŞ və İsraili əlavə cavab tədbirləri ilə hədələdi
dünya

İran ABŞ və İsraili əlavə cavab tədbirləri ilə hədələdi

06-04-2026 14:00 11 Просмотров
IMG

İran ordusu bildirib ki, ABŞ və İsrail mülki əhalini hədəf alan hücumlarını təkrarlayarsa, cavab zərbələri daha dağıdıcı və genişmiqyaslı olacaq.


Tvit.az İran mediasına istinadən xəbər verir ki, bunu Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü podpolkovnik İbrahim Zülfiqari deyib.


“Əgər mülki hədəflərə hücumlar təkrarlanarsa, hücum və cavab əməliyyatlarımızın növbəti mərhələləri daha böyük və genişmiqyaslı olacaq. Bu yanaşmada israrlı olmaları itkilərini və zərərlərini eksponensial olaraq artıracaq”,- deyə polkovnik bildirib.


Elmin Alışov