Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi - Hərəkət məhdudlaşdırıldı
turizm

Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi - Hərəkət məhdudlaşdırıldı

06-04-2026 12:00 13 Просмотров
IMG

"Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb".

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

"Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur. Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür", - deyə birgə məlumatda qeyd edilib.