Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Siyəzəndə körpü aşdı: Kəndlərlə əlaqə kəsildi
turizm

Siyəzəndə körpü aşdı: Kəndlərlə əlaqə kəsildi

06-04-2026 11:00 11 Просмотров
IMG

Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, əraziyə AAYDA-nın əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

 

“Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.