Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Cəbrayılda daha bir məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başladı
sosial

Cəbrayılda daha bir məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başladı

03-04-2026 18:00 15 Просмотров
IMG

Şərqi Zəngəzurda daha bir məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

 

MÜTDA-dan "Tvit.az"a verilən məlumata görə, aprelin 3-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində eyni adlı körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb.

 

220 yerlik bağçada uşaqlar üçün yeməkxana, oyun və musiqi otaqları yaradılıb. Binada həmçinin inzibati, kompüter və metodika otaqları fəaliyyət göstərir. Ərazidə uşaqların asudə vaxtını maraqlı keçirməsi üçün şərait təmin olunub.

 

Qeyd edək ki, Cəbrayıl rayonu Horovlu kənd körpələr evi-uşaq bağçası Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayan 6-cı məktəbəqədər təhsil müəssisəsidir.