Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Əli Nağıyev: Dünyanın bir çox yerində hərbi qarşıdurmalar regionda əməliyyat şəraitinə ciddi təsir edir
sosial

Əli Nağıyev: Dünyanın bir çox yerində hərbi qarşıdurmalar regionda əməliyyat şəraitinə ciddi təsir edir

03-04-2026 17:00 13 Просмотров
IMG

Dünyanın bir çox yerlərində hərbi qarşıdurmaların, mürəkkəb geosiyasi vəziyyətin və iqtisadi təlatümlərin mövcudluğu regionda əməliyyat şəraitinə ciddi təsir edir.

 

Tvit.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə deyib.


Ə.Nağıyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında və birbaşa dəstəyi ilə Azərbaycanın müasir çağırışlara adekvat cavab verə bilən xüsusi xidmət orqanlarının formalaşmasından ətraflı söhbət açıb, təhlükəsizliyin etibarlı təmin olunması üçün bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını deyib.