Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir
siyasət

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

03-04-2026 14:00 11 Просмотров
IMG

Hindistan və Azərbaycan siyasi etimadın bərpası üçün ilk addımlarını atır.

 

Tvit.az xəbər verir ki, bu barədə “Ekonomik Tayms” məlumat yayıb.

 

Məlumata görə, bu həftə Bakıda Hindistan və Azərbaycan xarici işlər nazirlikləri səviyyəsində idarələrarası məsləhətləşmələrin keçirilməsi planlaşdırılır:

 

“İkitərəfli etimadın gücləndirilməsi üçün bir sıra tədbiri müzakirə etmək üçün yüksək vəzifəli Hindistan nümayəndə heyətinin gəlişi gözlənilir”.

 

Qeyd olunub ki, diplomatik fəaliyyət Nyu Dehlinin Bakıya rəsmi təşəkkürünü bildirməsindən sonra baş tutub:

 

“Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla Hindistanın yeni səfiri Abhay Kumar arasında keçirilən görüşdə Hindistan regionda artan münaqişə səbəbindən Hindistanın təxminən 200 vətəndaşının İrandan təxliyəsinə göstərilən köməyə görə minnətdarlığını bildirib”.