Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Coratda 1 000 abonentin qazı kəsiləcək
sosial

Coratda 1 000 abonentin qazı kəsiləcək

03-04-2026 10:00 20 Просмотров
IMG

Sumqayıt şəhəri Corat qəsəbəsinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.

 

Bildirilib ki, buna səbəb ərazidə 500 Şkaf Tipli Qaz Tənzimləyici Məntəqənin (ŞQTM) yenisi ilə əvəz olunmasıdır. Görüləcək işlərlə əlaqədar olaraq, təxminən 1000 abonentin qaz təchizatı bu gün saat 11:30-dan etibarən dayandırılacaq.

 

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı bildirilib.