Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Salyanda dörd otaqlı ev yanıb
turizm

Salyanda dörd otaqlı ev yanıb

02-04-2026 22:00 14 Просмотров
IMG

Salyanda yanğın hadisəsi baş verib.

 

"Tvit.az" xəbər verir ki, "Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonunun Şəkərli kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini Şahbazov Təyyar Vəlixan oğluna məxsus dörd otaqlı fərdi yaşayış evində anidən yanğın başlayıb.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

 

Buna baxmayaraq, 150 kv.m sahəsi olan ev yararsız hala düşüb.

 

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.