Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan azyaşlının son durumu açıqlanıb
turizm

Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan azyaşlının son durumu açıqlanıb

02-04-2026 21:00 15 Просмотров
IMG

Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan azyaşlının son vəziyyəti məlum olub.

 

Tvit.az xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 02.04.2026-cı il tarixində saat 08:30 radələrində Biləsuvar rayonunda baş verən it hücumu səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (kişi) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

Ona sağ baldırın dişlənmiş yarası diaqnozu təyin olunub.

 

Pasiyentə zəruri tibbi xidmət göstərilib, quduzluq əleyhinə vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb.