Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İranda tibbi ehtiyaclar sürətlə artır – Qırmızı Xaç xəbərdarlıq edir
dünya

İranda tibbi ehtiyaclar sürətlə artır – Qırmızı Xaç xəbərdarlıq edir

02-04-2026 21:00 16 Просмотров
IMG

İranda fövqəladə tibbi ehtiyaclar sürətlə artır və münaqişə davam edərsə, travma dəstləri və digər tibbi avadanlıqların ehtiyatı tükənə bilər.

Tvit.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının ölkədəki nümayəndə heyətinin rəhbəri məlumat verib.

Məlumata görə, ABŞ-İsrail hava zərbələrinin fevralın 28-də başlamasından bu yana 2 mindən çox insan həlak olub, 26 min 500-dən çox şəxs isə yaralanıb.

Təşkilatın nümayəndəsi Maria Martinez “Reuters” agentliyinə açıqlamasında bildirib ki, qurumun üç əməkdaşı xidmətdə olarkən həyatını itirib. Onlardan biri martın 31-də Zəncan əyalətində tibbi klinikaya endirilən hava zərbəsi zamanı həlak olub. Hadisəyə görə məsul tərəf açıqlanmayıb.

Martinez qeyd edib ki, əsas narahatlıq humanitar ehtiyacların çox sürətlə artması və ölkəyə kifayət qədər yardım çatdırmaq imkanlarının məhdudlaşması ilə bağlıdır.

Aysel Şirinova