Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər
sosial

Azərbaycanlı hərbçilər Heydər Əliyev-2026 təlimində iştirak üçün Türkiyəyə gediblər

02-04-2026 20:00 19 Просмотров
IMG

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri Heydər Əliyev-2026 təlimində iştirak etmək üçün Türkiyəyə səfər edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X"dəki hesabında məlumat yayılıb.

 

"14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı ilə keçiriləcək Heydər Əliyev-2026 təliminə qatılacaq Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birlikləri ölkəmizə gəlib", - məlumatda bildirilib.

 

Qeyd olunub ki, Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığının şəxsi heyəti Umid körpüsündə azərbaycanlı hərbçiləri qarşılayıb və bayraq mübadiləsi mərasimi icra edilib.