Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonla danışıb
dünya

Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə telefonla danışıb

02-04-2026 17:00 17 Просмотров
IMG

Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.

 

Tvit.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

Məlumata əsasən, Yaxın Şərqdəki böhranla bağlı bir sıra məsələlərin ətraflı müzakirə olunduğunu qeyd edib. Bölgədə hərbi və siyasi vəziyyətin pisləşməsi, mülki şəxslərin itkisi və strateji əhəmiyyətli infrastrukturun dağıdılması ilə bağlı ciddi narahatlıq ifadə edilib.

Bəyanatda deyilir: "Hər iki tərəf bütün tərəflərin qanuni maraqlarını nəzərə almaqla, münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün hərbi əməliyyatların tez bir zamanda dayandırılmasının və siyasi və diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb". 

 

Aysel