Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Misir taxıl və enerji mərkəzinin yaradılması məsələsini müzakirə edə bilərlər.
Tvit.az xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədri Abdəl Ati ilə görüşündə bəyan edib.
"Misirdə taxıl və enerji mərkəzinin yaradılması barədə danışmaq olar, çox maraqlı təkliflər var", - deyə Rusiya prezidenti vurğulayıb.
Putin, iki ölkənin çox yaxşı planları olduğunu və bir çoxunun artıq həyata keçirildiyini qeyd edib.
Həmin layihələr arasında Putin Misirdə nüvə elektrik stansiyasının tikintisini və sənaye zonasının yaradılmasını qeyd edib. "Bizim ondan çox böyük rus şirkəti bu zonada işləməyə hazır olduğunu bəyan edib. Və başqa çox maraqlı təkliflər var", - deyə Rusiya lideri əlavə edib.