Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kəlbəcərə daha 27 ailə yola salındı
sosial

Kəlbəcərə daha 27 ailə yola salındı

02-04-2026 11:00 12 Просмотров
IMG

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.

 

Tvit.az xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür.

 

Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.

 

Qeyd edək ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.