Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Ağsuda "Mercedes" aşdı: İki nəfər xəsarət aldı
turizm

Ağsuda "Mercedes" aşdı: İki nəfər xəsarət aldı

02-04-2026 10:00 17 Просмотров
IMG

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-ın məlumatına görə, qəza gecə saatlarında rayonun Qiyaslı kəndi ərazisində qeydə alınıb.


Rayon sakini, 2006-cı il təvəllüdlü Sadiq Ağasəf oğlu Paşayev "Mercedes" markalı avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.

 

Hadisə zamanı sürücü və avtomobildə olan sərnişini, Ağsu rayonunun Kəndoba kənd sakini, 2008-ci il təvəllüdlü Qəribxan Gülxan oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.