Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ay Proqramı layihəsinə 13 ölkə cəlb olunacaq - "Roskosmos" rəhbəri
dünya

Ay Proqramı layihəsinə 13 ölkə cəlb olunacaq - "Roskosmos" rəhbəri

01-04-2026 13:00 8 Просмотров
IMG

Ay proqramı ilə bağlı tədbirlər Rusiya tərəfindən Çin və daha 13 ölkə ilə birgə həyata keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə "Roskosmos" dövlət korporasiyasının rəhbəri Dmitri Bakanov Federasiya Şurasındakı iclasda məlumat verib.

 

"Bizim öz federal layihəmiz - "Elmi kosmos" var. Orada məhz Çinlə birgə həyata keçirəcəyimiz Ay ilə bağlı bütün tədbirlərimiz öz əksini tapıb. Çinlə olan layihəmizdə ümumilikdə 15 ölkə var, biz və Çindən başqa, daha 13 ölkə iştirak edir", — deyə Bakanov bildirib.

 

Aysel Şirinova