Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Tanınmış sabiq hakim vəfat etdi
turizm

Tanınmış sabiq hakim vəfat etdi

01-04-2026 10:00 11 Просмотров
IMG

Azərbaycanda tanınmış sabiq hakim vəfat edib.

 

Tvit.az-ın məlumatına görə, uzun illər məhkəmə sistemində çalışmış Sərvət Qeybəli oğlu Hüseynov dünyasını dəyişib.

 

Bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər. Sabiq hakimin ölüm səbəbi barədə məlumat verilməyib.

 

Xatırladaq ki, Sərvət Hüseynov uzun illər məhkəmə sistemində çalışıb. O, 10 ildən artıq Bakı İnzibati Məhkəməsində, 15 ildən artıq Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləyib.