Suriya prezidenti Əhməd Şara İrana hərbi metodlardan daha çox danışıqlara üstünlük verməyi tövsiyə etdiyini bildirib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya lideri İngiltərənin paytaxtı Londonda Chatham House beyin mərkəzi tərəfindən təşkil edilən sessiyada çıxış edib.
Bölgədəki müharibələrin enerji təchizatına və qlobal iqtisadiyyata mənfi təsir göstərdiyini bildirən Şara, İranla bağlı məsələlərdə hərbi metodlardan daha çox danışıqlara üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Elmin Alışov