Avropa ölkələri İsrailə xəbərdarlıq edib.
Tvit.az xəbər verir ki, bir qrup Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa İttifaqının baş diplomatı Livanı dəstəklədiklərini bildirərək İsraili quru hücumu da daxil olmaqla, münaqişəni daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırıblar.
Bəyanatda qeyd olunub ki, Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla 10 ölkənin iştirakı ilə yayılan birgə mövqedə regionda vəziyyətin kəskinləşməsindən narahatlıq ifadə edilib.
Nazirlər böhrana görə Hizbullahı məsul sayaraq, münaqişə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan bir milyondan çox insanın vəziyyətindən ciddi narahatlıq keçirdiklərini vurğulayıblar.
Eyni zamanda, onlar BMT-nin Livandakı müvəqqəti qüvvələri olan UNIFIL sülhməramlılarına qarşı son hücumları pisləyib və baş verən itkiləri “qəbuledilməz” adlandırıblar.
Aysel Şirinova