Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycanın U-21 millisi səfər matçında xal qazandı
СПОРТ

Azərbaycanın U-21 millisi səfər matçında xal qazandı

31-03-2026 22:00 11 Просмотров
IMG

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Tvit.az" xəbər verir ki, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb.

Meydan sahiblərinin heyətində Qeorqiy Çorbadjiyski 82-ci dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Qarşılaşma Plovdiv şəhərində baş tutub.

Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür.