Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Hindistan Azərbaycana təşəkkür etdi
siyasət

Hindistan Azərbaycana təşəkkür etdi

30-03-2026 17:00 24 Просмотров
IMG

Hindistan İrandan öz vətəndaşlarının təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Hindistanın Bakıdakı səfirliyindən məlumat verilib.

 

"Hindistan vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk", - səfirlikdən bildiriblər.

 

Qeyd edək ki, martın 30-u saat 10:00-a olan məlumata görə, fevralın 28-i saat 08:00-dan etibarən Hindistanın 196 vətəndaşı təxliyə edilib. Ümumilikdə bu müddət ərzində 3 094 nəfər təxliyə olunub.