Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü
siyasət

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

27-03-2026 12:00 13 Просмотров
IMG

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.

 

Tvit.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün X sosial media hesabında yazıb.

 

"Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla səmərəli görüşümüz oldu. Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir", - H.Hacıyev qeyd edib.