Prezident İlham Əliyev Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
"Tvit.az" xəbər verir ki, Fərmanla bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib.
Belə ki, Mərkəzi Seçki Komissiyasının sədri 13 200 manat maaş alacaq.