Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
sosial

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib

16-03-2026 17:00 17 Просмотров
IMG

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 16-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bakıda keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 129 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

 

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.