Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Emin Mahmudov "Neftçi"nin tarixinə düşən 150-ci penaltini vurub
СПОРТ

Emin Mahmudov "Neftçi"nin tarixinə düşən 150-ci penaltini vurub

16-03-2026 11:00 14 Просмотров
IMG

"Neftçi" Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.

 

Tvit.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunun "Qəbələ" ilə səfər matçına (3:1) təsadüf edib.

 

Emin Mahmudov komandasının görüşdəki 2-ci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.


1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" 34 mövsümdə vurduğu 150 penaltidən 120-ni qola çevirib. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir.

 

"Neftçi" turnirin tarixi ərzində vurulan penalti sayında yalnız "Qarabağ"dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçılarıdır.

 

Qeyd edək ki, "Neftçi" ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.