UFC-də növbəti maraqla gözlənilən döyüşlərin təqvimi açıqlanıb.
Tvit.az xəbər verir ki, Hamzat Çimayev mayın 9-da öz çempionluq kəmərini müdafiə etmək üçün yenidən səhnəyə çıxacaq.
O, "UFC 328" tədbiri çərçivəsində təşkil olunacaq həlledici döyüşdə Şon Striklendlə üz-üzə gələcək.
Bu gərgin qarşılaşma Hamzatın orta çəki dərəcəsində kəmərini qoruyacağı ilk böyük sınaq olacaq.
Xatırladaq ki, idmançı indiyədək peşəkar MMA karyerasında məğlubiyyət yaşamayıb və rekordunu qorumağa davam edir. Onun rəqibi Ş.Striklend isə ötən ay oktaqona çıxaraq, Entoni Ernandes üzərində texniki nokautla inamlı qələbə qazanıb.