Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, 28 fevralda İsrail-ABŞ müharibəsi başlayandan bəri İran daxilində 3,2 milyon insan evlərindən zorla çıxarılıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki BMT-nin qaçqın agentliyi bildirib ki, qiymətləndirmə ölkə daxilində məcburi köçkün ailələrinin ilkin qiymətləndirmələrinə əsaslanır.
BMT-nin açıqlamasında deyilir: "Hərbi əməliyyatlar davam etdikcə bu rəqəmin artmağa davam etməsi ehtimalı var və bu da humanitar ehtiyacların narahatedici şəkildə artmasını göstərir".
Aysel Şirinova