Baxın, biz onların donanmasını, hava qüvvələrini, bütün hava hücumundan müdafiəsini məhv etdik, 60 mina atan qayığı məhv etdik.
Tvit.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp - Ağ Evdə jurnalistlərə bildirib.
"Amerika liderinin dedikləri çox güman ki, səhv olub, çünki çərşənbə axşamı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında İrana məxsus 16 mina qurğusunu məhv etdiyini iddia edib.
Çərşənbə günü isə komandanlığın rəhbəri admiral Bred Kuper əməliyyatın əvvəlindən bəri ABŞ-ın İrandakı 60 gəmi də daxil olmaqla 5500-dən çox hədəfə zərbə endirdiyini iddia edib", - deyə məlumatda bildirilib.
Aysel Şirinova