Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Paşinyan İlham Əliyevə təşəkkür etdi
siyasət

Paşinyan İlham Əliyevə təşəkkür etdi

11-03-2026 19:00 28 Просмотров
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan istiqamətində Azərbaycan ərazisindən keçən dəmir yolu daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qərarına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Tvit.az" xəbər verir ki, Paşinyan bunu Avropa parlamentində çıxışı zamanı bəyan edib.

“2025-ci ilin noyabr ayında müstəqillik dövründən bəri ilk dəfə olaraq Azərbaycan ərazisindən, eyni zamanda Gürcüstandan keçməklə Ermənistan Respublikasına qatar çatıb Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin oktyabrında Ermənistan istiqamətində Azərbaycan ərazisindən keçən dəmir yolu daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatı verilmişdi və mən bu qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram”, – deyə Ermənistanın Baş naziri bildirib.