Yevlax sakini evində dəm qazından boğulub.
Tvit.az-ın məlumatına görə, hadisə Yevlax şəhəri, Q.Quliyev küçəsindəki evlərdən birində baş verib.
Qaçay Bəhlul oğlu İsmayılov yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla görə Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.