Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Hizbullaha zərbə endirmək üçün bütün fürsətlərdən istifadə edəcəyik - İsrail
dünya

Hizbullaha zərbə endirmək üçün bütün fürsətlərdən istifadə edəcəyik - İsrail

06-03-2026 22:00 40 Просмотров
IMG

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İsrailin Hizbullaha zərbə endirmək üçün hər fürsətdən istifadə edəcəyini və terrorçu qruplaşmanı tərksilah etməkdən əl çəkməyəcəyini bildirib.

 

Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

 

“Biz İran terror rejimini əzirik və nailiyyətlərimizi dərinləşdirmək üçün hər fürsətdən istifadə edəcəyik. Hizbullah İranla birlikdə kampaniyaya qoşulmağı seçdi və bunun bədəlini ödəyir. Biz Hizbullaha zərbə vurmaq, nailiyyəti dərinləşdirmək və təhlükəni aradan qaldırmaq üçün hər fürsətdən istifadə edəcəyik. Biz Hizbullahı tərksilah etməkdən əl çəkməyəcəyik”, - deyə Zamir şimal sərhədindəki bələdiyyə başçılarına və yerli şuraların rəhbərlərinə müraciətində bildirib.

 

Aysel Şirinova