Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Belarusun XİN rəhbəri Ceyhun Bayramova zəng etdi
siyasət

Belarusun XİN rəhbəri Ceyhun Bayramova zəng etdi

06-03-2026 16:00 52 Просмотров
IMG

Belarusun xarici işlər naziri Maksim Rıjenkov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

"Tvit.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Hərbi eskalasiya ilə bağlı narahatlıq ifadə olunaraq, gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Belarus həmkarını 5 mart tarixində İran İslam Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumları barədə məlumatlandırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.